Xaricdə təhsillə bağlı YENİLİK

09, 04, 24
16:00

Xaricdə təhsillə bağlı YENİLİK

Vətəndaşlar xarici universitetlərə seçim edərkən çətinlik çəkir, yaxud da akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar. Bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) saytında yeniliklər olunacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov TKTA və Media Agentliyinin media nümayəndələri üçün keçirilən infosessiyada deyib.

O bildirib ki, bu günə qədər ekspertizası həyata keçirilən ali təhsil müəssisələrinin müvafiq siyahısı qurumun rəsmi saytında yerləşdiriləcək. Tural Əhmədov siyahıda akkreditasiyası olan təhsil müəssisələrinin göstəricilərinin yer alacağını qeyd edib.

Bizimlə əlaqə saxlayın