Bakıdakı bu məktəblərin I siniflərində bütün yerlər dolub - SİYAHI

13, 05, 24
19:00

Bakıdakı bu məktəblərin I siniflərində bütün yerlər dolub - SİYAHI

2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan Reallığı"na bildirilib ki, elektron portalda 1 may saat 11:00-dan uşaqların qeydiyyatı, 3 may tarixindən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçirilir.
Hazırda növbəti tədris ili üzrə bəzi ümumi təhsil məktəblərində açılmış siniflərdə şagird yerləri tutulduğundan alternativ olaraq yaxınlıqdakı bir sıra ümumi təhsil müəssisələri müəyyən edilib. 


Həmin ümumi təhsil məktəblərinin siyahısını təqdim edirik:
 

I sinfə qəbul üzrə şagird yerləri tutulan məktəblər

Alternativ olaraq müəyyən edilmiş məktəblər

104 nömrəli tam orta məktəb

146 və 318 nömrəli tam orta məktəblər

145 nömrəli tam orta məktəb

229 və 238 nömrəli tam orta məktəblər

160 nömrəli Klassik Gimnaziya

8 nömrəli tam orta məktəb

177 nömrəli tam orta məktəb

34 və 202 nömrəli tam orta məktəblər

218 nömrəli tam orta məktəb

218 nömrəli tam orta məktəbin filialı

269 nömrəli tam orta məktəb

48 və 98 nömrəli tam orta məktəblər

336 nömrəli tam orta məktəb

286 və 308 nömrəli tam orta məktəblər

81 nömrəli tam orta məktəb

75 və 307 nömrəli tam orta məktəblər

88  nömrəli tam orta məktəb

121  nömrəli tam orta məktəb

28 nömrəli tam orta məktəb

22 nömrəli tam orta məktəb

Bizimlə əlaqə saxlayın