ABŞ-də Tiktok qadağa edildi - Məhkəmə rəsmən təsdiqlədi

18, 01, 25
17:30

ABŞ-də Tiktok qadağa edildi - Məhkəmə rəsmən təsdiqlədi


ABŞ Ali Məhkəməsi Çin sosial media platforması TikTok-un ölkədə qadağan edilməsinə dair qərarı təsdiqləyib.

19 yanvar tarixinədək TikTok satılmazsa, o, "Google" və "Apple" kimi platformalardan silinəcək. Həmçinin, tətbiqin cihazlara yüklənməsinin qarşısı alınacaq.

Ali Məhkəmə TikTok-un "milli təhlükəsizliyə təhdid yaradan" məlumat toplama və xarici əlaqələri məsələlərinə dair narahatlıqları nəzərə alaraq, federal qanunun tətbiqini təsdiqləyib.

TikTok-un mövcud cihazlarda istifadəsi davam edəcək, lakin yeniləmələr dayandırılacaq.


Bizimlə əlaqə saxlayın