Emin Əmrullayev üçün vida vaxtı yetişir - Yeni nazir kim olacaq?

21, 06, 23
09:00

Emin Əmrullayev üçün vida vaxtı yetişir - Yeni nazir kim olacaq?


Son günlər mətbuatda hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı ilə bağlı çoxsaylı məlumatlar dərc edilməkdədir. Məlumatlı mənbənin iddiasına görə, postunu itirməsi ən real hökumət üzvlərindən biri də Elm və Təhsil naziri Emin Əmrullayevdir.

Məlumatlara görə, Əmrullayev qısa müddətlik fəaliyyəti dövründə ictimai rəydə ən çox tənqid olunan nazir kimi hakimiyyətin yuxarı dairələrinin “qara siyahı”sına düşüb.

Editor.az-a daxil olan son məlumatlar da Emin Əmrullayevin postu ilə vidalaşacağı tarixin çox da uzaq olmadığını göstərir. Elm və Təhsil naziri öz fəaliyyəti ilə bundan əvvəl yalnız sadə vətəndaşların, jurnalistlərin, təhsil ekspertlərinin hədəfində idisə, indi artıq Emin Əmrullayevi hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar, ziyalılar, iqtidara yaxınlığı ilə seçilən ictimai-siyasi fəallar da kəskin tənqid edir. Nazirə qarşı tənqidlər artıq media və sosial şəbəkələrin sərhədlərini aşaraq, Milli Məclis tribunalarına qədər gedib çıxıb.

İddialara əsasən, Elm və Təhsil nazirliyinin fəaliyyəti və şəxsən nazir Emin Əmrullayevin cəmiyyətdəki mənfi imici hakimiyyətin ən üst dairələrində ciddi şəkildə təhlil edilib və onunla vidalaşmaq barədə qərar qəbul olunub. 

Emin Əmrullayevi əvəz edəcəyi ehtimal olunan şəxs də artıq bəllidir. Bu keçmiş deputat, hazırda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışan Şahin Seyidzadədir.

Ekspertlər Şahid Seyidzadəni təhsil sektoruna yad kadr kimi qiymətləndirmir. Əksinə onun Emin Əmrullayevdən daha çox təhsil təcrübəsinin olduğu qeyd olunur.

Şahin Seyidzadənin Təhsil Nazirliyinin azsaylı uğurlu layihələrindən sayılan “SABAH qrupları”nın İcra Komitəsinə uzun müddət rəhbərlik etməsi onun nazir olmaq şanslarını daha da artırır.

Məlumatlı mənbənin iddialarına görə, Şahin Seyidzadənin namizədliyi iqtidarın ən müxtəlif mərtəbələrində dəstəklənir və onun yaxın aylarda nazir təyin ediləcəyi son dərəcə realdır. (Editor.az) 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın