yuxarı
"Koroğlu"da qəza - Sərnişin avtobusu yük maşınına çırpıldı
10, 03, 25
09:30
"Koroğlu"da qəza - Sərnişin avtobusu yük maşınına çırpıldı
Ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib.
"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində qeydə alınıb.
Belə ki, “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobus digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtobus yararsız hala düşüb.
Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək