Azərbaycanda 26 alimin elmi işi oğurluq çıxdı

18, 11, 23
17:30

Azərbaycanda 26 alimin elmi işi oğurluq çıxdı

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Komissiyadan məlumat verilib.

Belə ki, cari ilin əvvəlindən indiyədək elmi işlərdə müəllifinə və mənbəyinə istinad edilmədən digər müəlliflərin materiallarından istifadə edildiyinin aşkar olunması səbəbindən 26 nəfərə elmi dərəcələrin verilməsindən imtina olunub.

Bundan başqa, plagiat halları ilə əlaqədar cari il ərzində 17 nəfərə elmi adların, 3 nəfərə isə xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin tanınmasından (nostrifikasiya və təkrar attestasiya) imtina edilməsinə dair qərar qəbul edilib.


Bizimlə əlaqə saxlayın