Alimdən ÇAĞIRIŞ: Polis o valideynlər barədə tədbir görsün

15, 12, 23
17:30

Alimdən ÇAĞIRIŞ: Polis o valideynlər barədə tədbir görsün

“Uzun zamandır deyirik, Azərbaycanda tiktok bağlansın, birdəfəlik VPN ilə də daxil olmaq mümkün olmasın. Bu sosial şəbəkə ölkəmizi ən dərin quyuya salıb və üstümüzdə də ağır daş qoyub”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri dosent Zaur Əliyev deyib. O, söyüş söydüyünə görə, tiktokda məşhurlşan azyşalıdan söz açıb:


“Bu uşağın son zamanlar tiktokda əksər videoları qarşıma çıxır. Gah söyüş söyür, gah dava edir, gah da canlı açıb izləyici hədiyyələri hesabına pul yığır. Özünə "ata" deyən şəxs də qoşulub buna və konkret istismar onu edir. Əlbəttə, Azərbaycanda sosial mediaya azyaşlıların daxil olması barədə konkret qanun yoxdur, olacağına da inanmıram. Azərbaycan tiktok seqmentində 17 yaşa qədər uşaqların videoları əksərən  gah kriminal, gah da əxlaqsızlıq istiqamətində olur. İnanılmaz dərəcədə əxlaqdan qat-qat aşağı sözlər, kadrlar sürətlə yayılır. 

Bir kadr da çox yayılır, az yaşlı qız yaşına uyğun olmayan reklamlarda çəkilir. Gah kişi geyimləri, gah da avtomobil satışı ilə bağlı reklamlarda oynadılır”.  

Z.Əliyev hesab edir ki, uşaqları dərs oxumaq, məktəbdə təhsil almaq əvəzinə tiktokda canlı açması, videolar çəkməsi, reklamlar etməsinə usan 3 qurum var:


“Bunlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.


Bu üç qurum bu işdə birbaşa günahkardır. Konkret qanun layihəsi qəbul edilməli və 18 yaşına çatmayan uşaqların tiktok və digər sosial platformalarda iştirakı qadağan edilməlidir.


Bu saat bütün dünyada ən güclü psixoloq və sosioloqlar həyəcan təbili çalır ki, tiktokda uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yola açacaq kifayət qədər informasiyalar var.


Bu uşaqların canlı yayım açıb pul məqsədli yarışlar keçirməsi birbaşa ölkənin bir çox qanunlarını pozur. Bu həm də valideynlərin konkret üzərində hüquqi məsuliyyət yaradır.


Övladlarının bu cürə sosial media aktivi olmasına göz yuman ailələr nə öyrənsin istəyirlər uşaqları? Kriminal dünya, qəlyan, siqaret, spirtli içki, patı? Yoxsa sabah kiminsə təsiri ilə uşağın gey yaxud zorakılıq qurbanı olmasını istəyirlər? 


Və ən əsas sual: Onların 18 yaşa qədər bank kartının olmasına rəsmən izn verilmir.Uşaq bu canlı açıb əldə etdiyi pulu hansı formada nağdlaşdırır? Valideynin kartı ilə? Bəs pulu alan valideyin qorxmur ki, sabah onun uşağına bahalı hədiyyə atan şəxs uşağa qarşı fiziki zorakılıq edə bilər? 
Yaxud qorxmurlar ki, uşaqları ölən, ya öldürən, gey, cinsini dəyişən, azyaşlıya cinsi zorakılıq edən, narkoman, cinayətkara çevrilə bilər?


Daxili İşlər Nazirliyi də susur. Bu cür canlıları nəzarətə götürüb uşaqları pul qazanmaq adi ilə oyunlara qoşan valideynlərə qarşı konkret tədbirlər görmürlər.


Hələ bu cəhənnəm, tez-tez sosial platformalarda da tiktokçuların övladları ilə canlı yayım açaraq onların yanında söyüş söymələri, uşaqların yaşına uyğun olmayan davranışlara yol verdiklərinin şahidi oluruq”.

Bizimlə əlaqə saxlayın