Zığda bəzi fərdi yaşayış evləri söküləcək - icra başçısı qərar verdi

22, 12, 23
15:00

Zığda bəzi fərdi yaşayış evləri söküləcək - icra başçısı qərar verdi

Surxanı rayonu Zığ qəsəbəsindəki bəzi fərdi yaşayış evləri söküləcək.

"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq qərar imzalayıb.


Qərara səbəb isə sözügedən evlərin sürüşmə sahəsində yerləşməsidir.


Buna görə də orada yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.


Artıq söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb.

Bizimlə əlaqə saxlayın