2024-cü ildə fəsillərin Azərbaycana daxil olma vaxtı AÇIQLANDI

26, 12, 23
18:00

2024-cü ildə fəsillərin Azərbaycana daxil olma vaxtı AÇIQLANDI

Günəşin zahiri illik hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır.
 
Bu barədə "Azərbaycan Reallığı"na Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
 
Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.
 
Yaz və payız bərabərliyi günlərində Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə və əksinə keçir. Həmin gün Günəşin şüaları Yerə düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur.
 
Yay və Qış günəşduruşu günlərində isə Günəş şüaları Yerə minimal və maksimal bucaq altında düşdüyündən ekvatordan qütblərə doğru getdikcə gündüz və gecənin uzunluğunda fərq 24 saatadək artır. Belə ki, ekvatorda il boyu gündüz və gecənin uzunluğu dəyişməyib 12 saat olur. Yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə isə 24 saat gecə olur. Qış günəşduruşu günü isə əksi yaşanır.

Bizimlə əlaqə saxlayın