22 yanvar ölkədə qeyri-iş günüdür? - AÇIQLAMA

17, 01, 24
11:30

22 yanvar ölkədə qeyri-iş günüdür? - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2024-cü il üçün iş vaxtı normasına əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günü olduğu üçün qeyri-iş günü hesab edilir. Ancaq 20 yanvar şənbə gününə təsadüf edir.


Bəs maraqlıdır, 20 yanvar şənbə gününə təsadüf etdiyi üçün 22 yanvar qeyri-iş günü hesab olunacaq?


"Azərbaycan Reallığı" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı mövzu ilə bağlı Bizim.media-ya açıqlama verib.


O qeyd edib ki, qanunvericiliyə əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günüdür və həmin tarix iş günü hesab edilmir:


"Həmçinin sözügedən tarix hüzn günü olduğuna görə bayramlardan fərqli olaraq, qeyri-iş gününə düşdüyü halda belə əvəz edilmir”.

Bizimlə əlaqə saxlayın