Sürücülərin narazılığına səbəb olan bu yolda qoşa xətt ləğv ediləcək - VİDEO

29, 01, 24
13:00

Sürücülərin narazılığına səbəb olan bu yolda qoşa xətt ləğv ediləcək - VİDEO

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 1250 mənzillik binanın sakinləri yolda çəkilən qoşa xətdən şikayətçidirlər. Onlar bildirirlər ki, qoşa xətti tapdalamamaq üçün binaya girəndə və çıxanda əlavə 300-400 metr məsafə qət etmək məcburiyyətində qalırlar. Əvvəl qoşa xəttə məhəl qoymadan hərəkət etmək mümkün idi. Təxminən 10 gün olar ki, kamera qoyulub və qoşa xətti tapdalayanlar cərimələnirlər.

"Azərbaycan Reallığı"nın məlumatına görə, sakinlər iddia edirlər ki, illər əvvəl burada qırıq xətt var idi, sürcülər rahat hərəkət edə bilirdilər. Yol təmir olunduqdan sonra əraziyə qoşa xətt çəkildi.

"Xəzər Xəbər" Yerüstü Nəqliyyat Agentliyinin məsələyə münasibətini öyrənib. Bundan sonra qurumun əməkdaşları əraziyə baxış keçirib. Qoşa bütöv xətt nişanının biri bütöv, biri qırıq-qırıq olmaqla qoşa ağ xətt nişanı ilə əvəzlənməsi qərara alınıb. Yaxın günlərdə işlərə başlanacaq, binanın həyətinə giriş təmin ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın