36 Yaşında böyük hörməti qazanmış adam...

08, 02, 24
16:48

36 Yaşında böyük hörməti qazanmış adam...

Hər kəs onu bacarıqlı, ağıllı, xeyirsevər və məqsədyönlü iş adamı kimi tanıyır. Əməlləri, gördüyü çoxsaylı işlər bunu deməyə əsas verir. 

Onun bu gün 36 yaşı tamam olmasına baxmayaraq bu yolu asan və rahat qət etməyib. Böyük zəhmətlə, əzabkeşli yollarla bir sözlə çətinliklərlə özü üçün işlər qurub şərait yaradıb. Çətin, ağır günlər keçirib, ancaq mətin iradə, bacarığı ilə maneələrin öhdəsindən gələrək irəli gedib.  

Bilal Əlizadə indi ölkənin istər yaşlı istər orta istər gənc təbəqənin ən hörmət etdiyi sahibkarlardan biridir. Ona görə ki, hər zaman kasıbın əzilənin yanında olub. 

Onun bu gün paytaxt bakıda bir çox idarə etdiyi məkanlar var ki, onlardan biridə insanların gedib rahat və təhlükəsiz istirahət etdiyi "Star Baku" restoranıdır. Hər kəs bu məkana gedəndə özüdə böyük bir rahatlıq tapır, normal qidalanıb əylənir, heç bir təhlükə mane ola bilməz çünki ora Bilalın idarə etdiyi məkandır.

Bilal Əlizadə gördüyü işlərdən, etdiyi xeyirxah əməllərdən çox yazmaq-danışmaq olar amma heç vaxt istəməyib onun haqqında kimlərsə təriflər yazsın, gördüyü xeyirxah əməllərin ictimailəşdirsin, özünün dediyi kimi sağ əlin verdiyini sol əl bilməməlidir. 

Bilal Əlizadə hər zaman istəyi gənc nəsillərin pis vərdişlərdən uzaq olması, ən vacibi onların yüksək səviyyədə təhsil alması və daha sonra özləri üçün iş qurmaları, dövlətə millətə ən əsası ölkə başçısına sədaqətli olmalıdırlar. 

Düşünür ki, insanların peşə və bacarığına uyğun olaraq, iş qurmaları daha məqsədə uyğun olar. Gənclik boş vaxtlarını kitablar oxuyub mütaliə etməklə və yaxud idman zallarında idmanla məşgul olmaları faydalı olardı.

Bu gün bizim düşmən ölkə təkcə Ermənistan deyil, təəsüflər olsun ki, ölkəmizi istəməyən, gözü götürməyən ölkələr çoxalıb bu da ölkə başçımız cənab İlham Əliyevin dəmir yumruq iradəsi ilə 30 ildir düşmən işğalında olan torpağlarmızı 44 gün ərzində azad etməsidir.

Təbi ki, bu əzimli qələbəni gözü götürməyən ölkələrdə var amma yel qayadan heçnə apara bilməz, onun üçün də onların bu qisqanclığı yalnız ürək bulandıra bilər.

Bizdə öz növbəmizdə çoxsaylı media şəbəkəsinin təsisçisi, baş redaktoru olaraq bacarıqlı və ölkəmizin fəxri olan Bilal Əliyevi 36 yaşı münasibəti ilə təbrik edir, biznesində və xeyirxah əməllərində uğurlar diləyirik.

Bu ölkənin sağlam, güclü iqtisadiyyatı sizin kimi sahibkarların əlindədir. Fürsət və imkanlar çərçivəsində, monopoliya maneəsi olmadan siz sahibkarlar ölkə iqtisadiyyatını ən pik inkişaf dövrünə çatdırar, sadə zəhmətkeşlərin, xalqın yüksək rifah və bolluq içində yaşamasına vəsilə olarsız.

Biz buna əminik. Sizdə o bacarıqı görürük! Çünki çoxsaylı işləriniz bunun bariz sübutudur. Ömür sizlərə ölkə iqtisadiyyatının və xalqın ən gözəl ağ günlərini görməyi qismət etsin  Ən əsası, bu ağ günlərdə ən böyük imza sizlərin olsun. Hər zaman işiniz uğurlu, maneləriniz az, mübarizə və qalibiyyət sizinlə olsun!

Bizimlə əlaqə saxlayın