Daha bir məktəbli qızılcadan öldü

15, 02, 24
14:30

Daha bir məktəbli qızılcadan öldü

Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi vəfat edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, həmin şagird 14 yaşlı Nuray Süleyman qızı İbrahimovadır.

Yayılan məlumatın şərh bölümündə isə qeyd edilib ki, məktəbli qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.

Bizimlə əlaqə saxlayın