Bu qədər "gözəllik" ağıla ziyandır: Avtobusdakı vəziyyətə RƏSMİ CAVAB

19, 03, 24
11:00

Bu qədər "gözəllik" ağıla ziyandır: Avtobusdakı vəziyyətə RƏSMİ CAVAB

Paytaxt Bakıda sərnişin avtobuslarının üzərinə yerləşdirilən reklamlar tənqid olunur. 

“Azərbaycan Reallığı” xəbər verir ki, vurulan reklam vinillərinin görüntüyə maneə yarantığını deyilir.

Sərnişinlər avtobusun pəncərələrindən enəcəkləri dayanacağı görə bilmədiklərini bildirirlər. Bu hala xüsusilə 18 nömrəli müntəzəm marşrut xətlərində rast gəlindiyi iddia edilir.

"Avtobuslarda reklam yaxşıdır, estetik gözəllik verir. Daha bu qədər də gözəllik ağıla ziyandır.  Avtobusun içindən çöl görünmür. Nəticədə nə olur bilirsiniz? Günü 15 manata işləyən dayı ətrafı görə bilmir və harada düşəcəyini təxmin edərək düşür baxır ki, azı 1 dayanacaq tez düşüb, məcbur əlavə pul ödəməmək üçün o yolu yorğun yorğun piyada gedir", - sakinlərdən biri deyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bildirdi ki, avtobusların xarici tərtibatı Nazirlər Kabinetinin 73 nömrəli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblərlə müəyyən edilir:

“Tələblərə əsasən, avtobusun üzərində reklam “Reklam haqqında” Qanunun tələblərinə riayət olunmaqla yerləşdirilməlidir. Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi normalarına əsasən, avtobuslarda reklam görüntüyə maneə törətməyən texniki hədlər daxilində olmalıdır. Qanunun tətbiqinə nəzarət və görmə məhdudiyyəti yarandığı halda müvafiq tədbirin görülməsi aidiyyəti qurumlar tərəfində həyata keçirilir”.   

“Avtobuslar daşıyıcılara məxsusdur. Daşıyıcılarla keçirilən görüşlərdə onlara bu məqamlara diqqətlə yanaşmağı tövsiyə olunur”, - deyə açıqlamada qeyd olunur.

Bizimlə əlaqə saxlayın