“ASAN xidmət” bu tarixlərdə işləməyəcək – RƏSMİ

09, 04, 24
14:00

“ASAN xidmət” bu tarixlərdə işləməyəcək – RƏSMİ

Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərinin qeyri-iş günlərində iş qrafiki müəyyən edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, Ramazan bayramı ilə əlaqədar 10, 11, 12 aprel tarixlərində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
13 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Bizimlə əlaqə saxlayın