SON DƏQİQƏ: Müdafiə Nazirliyi məlumat yaydı

17, 08, 21
09:00

SON DƏQİQƏ: Müdafiə Nazirliyi məlumat yaydı


Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın