“Korrupsiyaya qarşı mübarizədə siyasi iradə davamlıdır, şəxslərin kimliyi rol oynamır...”

30, 10, 21
21:00

“Korrupsiyaya qarşı mübarizədə siyasi iradə davamlıdır, şəxslərin kimliyi rol oynamır...”


“Mən burada icra başçılarına hökm oxunmasının başqalarına dərs olunmasını əsas götürmürəm. Söhbət ondan gedir ki, icra hakimiyyəti institutu zədələnmiş, korrupsiyaya meylli institutdur. Söhbət idarəetmə sisteminin dəyişikliklərindən gedir”
 
Bunu hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev yerli icra hakimiyyəti orqanlarında idarəetmə sisteminin dəyişdirilməsinə ehtiyac olduğunu bildirib: 
 
“Əgər korrupsiyaya qarşı mübarizəni daha səmərəli, effektli etmək istəyiriksə, bu idarəetmə sisteminin dəyişməsi barədə düşünməliyik. İndi bəzi rayon icra başçıları tərəfindən səmərəli, effektiv fəaliyyətlər həyata keçirilməyə başlanmışdır. Amma bütövlükdə cəmiyyətdə inam və etimadla bağlı problem olduğu üçün bu sistemi nə qədər müxtəlif formada düzəltməyə çalışsaq, bəlkə də hardasa reaksiya olacaq. Amma bütövlükdə bu institutun özünü düzəltməsiylə bağlı problem həmişə aktual olaraq qalacaq. Ona görə də fərqli bir struktur dəyişikliyinə ehtiyac var. Hesab edirəm ki, idarəetmə sistemində daha uğurlu sistemlərdən istifadə etməliyik. 
 
Düşünürəm ki, yerli İcra Hakimiyyətləri bələdiyyə qurumlarıyla əvəzlənə bilər. Bu haqda düşünmək və bələdiyyələrin səlahiyyətlərini genişləndirmək olar. Digər tərəfdən idarəetmə sisteminin  özünün regional idarəetmə sistemi səviyyəsinə qaldırılmasına ehtiyac var. İndi çox uğurlu bir idarəetmə Prezidentin səlahiyyətli nümayəndə təyin etməsidir. Bu hazırda Şuşada, Ağdamda var və ola bilsin ki, digər ərazilərdə də olacaq. Bunu bir model olaraq götürmək mümkündür. Yaxud da regional idarəetməyə keçə bilərik. İndi Prezident tərəfindən Şərqi Zəngəzur zonası yaradıldı. Uyğun qaydada idarəetmə sistemini o səviyyədə qaldırmaq mümkündür.
 
Bu gün idarəetmə sisteminə əsas zədəni vuran korrupsiyadır. Bu korrpusiyanın da məhdudlaşdırılmasına ehtiyac var. Ayrı-ayrı şəxslərin həbs edilməsi əlbəttə ki, təsir göstərən amildir. Bu həm də bu onu göstərir ki, korrupsiyaya qarşı mübarizənin özündə belə siyasi iradə davamlıdır və burda şəxslərin kimliyi rol oynamır, toxunulmaz şəxs yoxdur. Kim korrupsiya əməlinə yol veribsə, onun üçün cavabdehlik var və buna uyğun olaraq məsuliyyəti daşıyacaq”.
 
Qeyd edək ki, Neftçalanın sabiq icra başçısı 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Vasif Əlihüseyn 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın