Ukraynadan Rusiyaya ağır zərbə: “Moskva” vuruldu

14, 04, 22
09:02

Ukraynadan Rusiyaya ağır zərbə: “Moskva” vuruldu



YouTube kanalmıza abone olun


Ukrayna ordusu Rusiya donanmasının  "Moskva” kreyserini "Neptun” gəmi əleyhinə raketlərlə vurub.
 
Bu barədə Odessa qubernatoru Maksim Marçenko məlumat verib.

Qubernator bildirib ki, Qara dənizi qoruyan Neptun raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurub.

Ukrayna Prezidentinin köməkçisi Aleksey Arestoviç qeyd edib ki, 510 əsgərin olduğu gəmidə fırtına səbəbindən yanğınsöndürmə işləri çətinləşib.

"Vurulan gəmi İlan adasında Ukrayna əsgərlərinin təslim olmasını tələb edən gəmi olub”, – deyə vurğulayıb.



AZƏRBAYCANREALLIĞI.COM   


Bizimlə əlaqə saxlayın