Şantaj və hədə-qorxu ilə təndid olunan xanım jurnalistin anasına ağır xəstəlik diaqnozu qoyulub - FİLM KİMİ OLAY

04, 06, 22
09:00

Şantaj və hədə-qorxu ilə təndid olunan xanım jurnalistin anasına ağır xəstəlik diaqnozu qoyulub - FİLM KİMİ OLAY


Bir neçə gün bundan öncə tanınmış jurnalist Azərbaycan Voleybol Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova həyatına təhlükə olması haqqında yerli KİV də məlumat yaylmışdı xanım jurnalist bildirir ki, “20 ilə yaxındır ki, jurnalist fəaliyyəti ilə məşğul olur bəzi vəzifələrdə çalışıb iyrənc oyundan artıq bezmişəm Sanki qarşıma konkret şərt qoyublar. Ya ölkəni tərk et, ya da intihar et! Atam, qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var, hüquq-mühafizə orqanları var. İntihar həddinin bir addımlığındayam”. Susduqca üstümə gəlməyin. Yetər artıq! Xanım jurnalist “Qafqazinfo”ya açıqlamasında isə O bildirib ki, 7 il ərzində keçmiş iş yeri ilə bağlı təhdidlərə susmalı olub:

“Qorxduğum və özümü tək hiss etdiyimə görə hədələrə susurdum. Həm də bir xanım olaraq çox çəkinirdim. Üzləşdiyim hədələr ailə məsələsi deyil, sırf keçmiş iş yerimlə bağlı olan məsələdir. Nəhayət, bununla bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdim. Hüquq-mühafizə orqanları bu işlə məşğul olurlar”. O, sözü gedən məsələ ilə bağlı Huquq-Muhaviz orqanlarında araşdırmalar aparıldığl üçün təhdidlərin mahiyyəti və detalları barədə ətraflı məlumat vermək istəmədiyini deyib.

"Azərbayan Reallığı"na isə etibarlı mənbələrdən ilginc məlumat daxil olub belə ki, Ailənin yeğanə övladı olan Sevinc Qədirova üzün müddət ANS və Lider telekanallarında çalışıb daha sonra Fəaliyyətini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirib. Hal-hazırda isə Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində işləyir. Sevinc Qədirovanın atası Mövsüm Qədirov bir neçə il bundan öncə qəfil ürək tutmasından vəfat edib.

Sözü gedən xəbəri sosial şəbəkələrdə oxuyan Anası Böyükxanım Qədirova stres və əsəb keçirərək sağlamlığında ağır fəsadlar yaranıb. 3 gün əvvəl Avrasıya Hospitalına yerləşdirilən S. Qədirovanın Anasının həkimlər təcili əməliyyat olunacağını bildiriblər. Əməliyyatdan sonra onda onkoloji xəstəliyin olduğu məlum olunaraq tapılan şişin əkilməsi üçün Milli Onkologiya mərkəzinə göndərilib.

Mənbə bildirir ki, bütün bunlar Son vaxtlar Sevinc Qədirovaya qarşı işlədiyi qurumda olunan haqsızlıq və şantajlardan sonra baş verib. Ondan zorla işdən çıxarılma ərizəsi almaq istədikləri deyilir yazmayacağı halda isə onun üçün yaxşı olmayacağı kimi hədə qorxular gəlinir, ərizə yazdıqda isə ərizəsinə baxılmır. Mənbə, Qədirovaya qarşı işlədiyi qurumun bir neçə rəhbər şəxslərinin də adını çəkib sadəcə olaraq araşdırmalar getdiyi üçün biz o şəxslərin adını çəkib hansısa qurumların araşdırmasına maneəçilik göstərmək istəmirik.

"Azərbaycan Reallığı" məsələ ilə bağlı Sevinc Qədirova ilə əlaqə saxlayıb. O anası ilə bağlı olan məlumatı təsdiqləyib. Qeyd edib ki,  digər məsələlər ilə bağlı danışmaq istəmirəm mənim tək arxam dayağım, varlığım anamdır. Anamdan başqa heç kimim yoxdur ona nəsə olarsa dünya başıma çökər deyə sonda bildirib. Dualarınızı anam üçün əsirgəməyin.

AZƏRBAYCANREALLIĞI.COM  
 


Bizimlə əlaqə saxlayın