Psixoloq Sevda Əlixanova: Qadın psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır

14, 06, 23
09:00

Psixoloq Sevda Əlixanova: Qadın psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır


Qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cinslər arasında aparılan bərabər bölgülərin ədalətsizliyi nəticəsində yaranır. Müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də, onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər.

Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin isə əsasən, ailədaxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir. Son günlər qadınlara qarşı zorakılıq hallarının artması və baş verən neqativ halın yaranması ilə bağlı Psixoloq Sevda Əlixanovanın fikirlərini öyrəndik. O, bu halların baş verməsində səbəblərin müxtəlif olduğunu dilə gətirib.

Belə ki, qurbanların əksəriyyəti belə şəraitdə əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. çox az hallarda qurbanlar bu barədə polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. çünki onları bu yoldan çəkindirən bir sıra səbəblər var.

Birincisi, yaxınlarından, qohumlarından, iş yoldaşların utanırlar. Bundan başqa, ya bir sıra hallarda ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini və sair bu kimi məsələlər qadınların qarşısında duran əsas mneaələrdir. Bəllidir ki, bir çox qadınlar ailələrini "dağıtdıqlarına" görə ata evi tərəfindən qəbul edilmir.

Regionlarda isə qadınlar ümumiyyətlə, məhkəməyə müraciət etməkdən çəkinir. Onlar düşünür ki, bu milli adət-ənənəyə uyğun deyildir. 

Belə ki, hər yerdə olduğu kimi Azərbaycanda da istər milli, istər də dini qaydalara əsasən, qadınlar onlara inanmayacaqlarından və ya təkrarən zorakılığa məruz qalacaqlarından qorxaraq müxtəlif instansiyalara o cümlədən, polisə müraciət etməkdən çəkinir, başlarına gələn problemləri ətrafdakılara danışmaqdan utanırlar. Bu, xüsusilə də regionlarda aktual problem olaraq qalır. Məhz bu səbəbdən də ölkədə bu sahənin dəqiq statistikasını vermək mümkün olmur.

Tədqiqatlar göstərir ki, qadınlar əsasən  öz evlərində, ərləri və ya ən yaxın adamları tərəfindən öldürülür, zorlanır, şantaj və hədə-qorxulara və digər fiziki, psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır. Ailədaxili zorakılıq hallarında daha qorxulu və həyacanlı məqam budur ki, ailədə məişət və digər zəminlərdə baş verən münaqişələrin, cinayətlərin 60-70 faizi azyaşlı və ya yeniyetmə uşaqların gözləri qarşısında baş verir. Bu isə təbii ki, onların gələcək həyatlarında istər cəmiyyət, istərsə də onların yaxınları üçün izsiz ötüşmür.

Dünya parktikasında qadın sığınacağı var. Bəs, ondan bizdə niyə yoxdur? 


Ailədə şiddət görən qadınların və uşaqların müdafiəsi üçün dünyada bir sıra təcrübələr mövcuddur. Onların arasında ən  effektlisi qadın sığınacaqlarının yaradılmasıdır. Qeyd edək ki, həmin sığınacaqlar şəhər bələdiyyəsi və QHT-lərin iri layihələri hesabına maliyyələşir. Orada psixoloq, hüquqşünas və sosioloqlar həmin qadın və uşaqlarla işləyir. Ailədə zorakılıq görən qadınların həmin sığınacaqlara müraciəti isə tam məxfi saxlanılır. 

Azərbaycanda da sığınacaq mövcudur. Lakin bu məkanlar insan alverinin qurbanı olanlara xidmət edir. Beynəlxalq təcrübədən fərqli olaraq, Dİ-nin nəzarətində olan bu məkanlara yerləşdirilən qadınlar istintaq başa çatandan sonra sərbəst buraxılırlar. Onların sonrakı taleyi, həyatlarına dair təhlükəsizlik təəssüf ki, təmin edilmir. Qərb ölkələrində isə sözügedən insanların reabilitasiyası aparılır, psixoloqla və hüquqşünasla təmin edilir.

Əgər cəmiyyətdə hər hansı problem mövcuddursa hökumət də, cəmiyyətdə, ictimaiyyətdə buna böyük diqqət ayırmalıdır. Məsələn, Estoniyada bu işi görmək üçün tanınmış QHT-lər bir araya gəldilər, beynəlxalq təşkilatlardan böyük miqdarda qrantlar aldılar. Amma gəlin görək, bizdə genderlə bağlı QHT-lər bir araya gələ bilələrmi ki, böyük donorlar da ala bilsinlər? İkincisi, həmin ölkədə hökumətin problemə yanaşma tərzi başqadır. Vətəndaş cəmiyyətinə yardım edir, birgə iş qururlar.

Bir çox ailələrdə əsas ağırlıq qadınların üzərinə düşüb. Bütün bunlar isə ərlə-arvad arasındakı münasibətlərdə gərginlik yaradır. Ona görə də, ailə daxilində baş verən zoraklıqların həlli yollarının tapılması üçün problemi ictimailəşdirmək lazımdır. Bu yöndə, əri tərəfindən şiddətə məruz qalan qadınlar üçün sığınacaqların açılması ilk addımlardan biri olar".

Psixoloq Sevda Əlixanovanın sözlərinə görə, cəmiyyət və ictimaiyyət arasında insan alverinin qurbanlarının sığınacığı ilə ailədə zorakılıq görən qadınların sığındığı məkanı qarışıq salırlar: "Ailədə şiddət görənlər üçün yaradılan sığınacaqların digər sığınacaqlara qətiyyət dəxli yoxdur.

Əgər belə məkanlar yaradılarsa, ailələrin dağılmasının qarşısını xeyli dərəcədə ala bilər. Bundan başqa, qadınların çox ciddi ehtiyacı olduğu həssas məsələlərlə bağlı psixoloqlar yardım edər.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 
 

Bizimlə əlaqə saxlayın