Polis kapitanı Məhəmməd Rzayev: Nəqliyyat vasitələrindəki konstruksiya dəyişiklikləri aradan qaldırılıb

07, 08, 23
18:00

Polis kapitanı Məhəmməd Rzayev: Nəqliyyat vasitələrindəki konstruksiya dəyişiklikləri aradan qaldırılıb


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev "Azərbaycan Reallığı"na açıqlamasında bildirmişdir ki, avtomobillərində kobud konstruksiya dəyişikliyi edilmiş həmin sürücülərlə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər dərhal araşdırılıb.

Nəqliyyat vasitələri Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti duracağına gətirilib, şöbəyə dəvət olunan sürücülərlə profilaktik söhbətlər aparılaraq barələrində inzibati qaydada protokollar tərtib edilib. Nəqliyyat vasitələrindəki konstruksiya dəyişiklikləri aradan qaldırılıb.  

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın