Ordumuzla bağlı yalan məlumat yayan şəxs tutuldu - Rəsmi

12, 09, 23
14:35

Ordumuzla bağlı yalan məlumat yayan şəxs tutuldu - Rəsmi


Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar paylaşan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.

DİN-in Mətbuat xidmətindən"Azərbaycan Reallığı"na cavab olaraq bildirilib ki, davam etdirilən tədbirlərlə “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın