Yeni istifadəyə verilmiş Sumqayıt şəhər stadionundan möthəşəm görüntü - VİDEO

01, 11, 23
10:00

Yeni istifadəyə verilmiş Sumqayıt şəhər stadionundan möthəşəm görüntü - VİDEO

Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərinin yüksək diqqət və qayğısı ilə əhatə olunub. 

Prezident İlham Əliyev idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. İdman növünün padişahı sayılan futbola isə diqqət və qayğı durmadan inkişaf etməkdədir. Artıq futbolçularmız bizi nəinki beynəlxalq arenada, dünyanın bir neçə ölkəsində öz qələbələri ilə sevindirməkdədirlər.

Bir neçə gün bundan öncə Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına stadionun açılışında ölkə başçısı özü şəxsən iştirak edib. Sumqayıt icra hakimiyyətinin başçısı Zakir Fərəcov stadionda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib, yaxından tanış etməsi idmana, xüsusən də futbola verilən dəyərin bariz nümunəsidir.

Patrul.az, Baku.ES, Protokol.az və "Azərbaycan Reallığı" media heyyəti olaraq Sumqayıt şəhərində olduğumuz müddətdə Zakir Fərəcovun bu rayona icra başçısı təyin olunduğu dövrdə ölkə başçısının ona göstərdiyi etimadı doğruldan və inkişaf etdirən bir neçə uğurlu işlərini də görməmək mümkün deyil. İlk olaraq reportajımızı elə Sumqayıt şəhəri Mehdi Hüseynzadə adına olan stadiondan başladıq.  

Tamaşaçı tutumu 10 minə yaxın olan stadionun ərazisi 7 hektara yaxın 22 sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb. Tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar da istifadəyə verilib.

İdmana, xüsusən də futbola olan qayğı sağlam gələcəyə olan qayğıdır. Artıq demək olar ölkəmizdə futbol tarixinin yeni səhifəsi açılıb. İnanırıq futbolçularmız da onlara və futbola verilən qayğı və diqqətdən istifadə edərək Azərbaycan xalqına hər zaman qələbə sevinci bəxş edəcəklər.

Bizimlə əlaqə saxlayın