Cüdoçumuz qızıl medal qazandı

11, 11, 23
14:30

Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.
 
"Azərbaycan Reallığı"nın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.
 
Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.

Bizimlə əlaqə saxlayın