"Braqa"dan "Qarabağ"ı maraqlandıran qərar

22, 12, 23
18:00

"Braqa"dan "Qarabağ"ı maraqlandıran qərar

"Braqa" maraqlı qərar qəbul edib. 

"Azərbaycan Reallığı" offsideplus.az-a istinadən xəbər verir ki, Portuqaliya klubuqış "transfer pəncərəsi"ndə heyətini gücləndirmək fikrində deyil.


Komandanın baş məşqçisi Artur Xorxe bu haqda danışıb:


"Musratinin zədəsi səbəbindən yarımmüdafiəni gücləndirmək? Bu, bizə qətiyyən lazım deyil. 6 və 8 nömrə mövqelərində problem görürük. Lakin bu, güclənməyimizə əsas vermir".


Xorxe ən çox qol vuran və ən çox qol buraxan komanda olduqlarını xatırladıb:


"Futbolun möhtəşəm və cəlbedici olmasını tələb edirik. Lakin sonra təhlili buraxılmış qollara və ya fərdi səhvlərə endiririk. Bu, həmişə günahım olacaq. Amma daha bu mövzuya toxunmayacam. Heç bir zonanı gücləndirməyi planlaşdırmıram. Futbolçulardan çox razıyam". 


Xatırladaq ki, Avropa Liqasının pley-offunda "Qarabağ" – "Braqa" matçları fevralın 15-i və 22-də keçiriləcək. 

Bizimlə əlaqə saxlayın