"Judo Club 2012"nin yetirmələri fəxri kürsüdə yer aldılar

03, 04, 24
20:19

"Judo Club 2012"nin yetirmələri fəxri kürsüdə yer aldılar

"Sərhədçi" İdman Mərkəzində kişilər arasında Azərbaycan Cüdo Federasiyası (ACF) turunun birinci turniri keçirilib. ACF-in təşkilatçılığı ilə keçirilən yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 100-ə yaxın cüdoçu 7 çəki dərəcəsində mübarizə aparıb.

Turnirdə iştirak edən "Judo Club 2012"nin idmançıları 1 qızıl və 1 gümüş medala sahib çıxıblar. Klubun üzvlərindən Hüseyn Allahyarov (-60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq çəki dərəcəsində qüvvəsini sınayan Mehdi Cəfərov isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd kişi cüdoçuların ustalığının yüksəldilməsi, rəqabət səviyyəsinin və yarış təcrübələrinin artırılmasına nail olmaqdır.

Bizimlə əlaqə saxlayın