İsrail ordusu müharibəyə hazır vəziyyətə gətirildi

07, 10, 23
15:00

İsrail ordusu müharibəyə hazır vəziyyətə gətirildi


“Qəzza zolağından olan fələstinli radikallar bu gün səhər İsrail ərazisini raket atəşinə tutublar”.

"Azərbaycan Reallığı" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb. 

Ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə təhlükəsiz yerlərdə qalmaq tövsiyə edilib. 

“Kan” radiosunun yaydığı məlumata görə isə, atəş nəticəsində İsrailin cənubunda yaşayan 70 yaşlı qadın həlak olub. Raketlərdən birinin qadının evinə düşdüyü bildirilir.

“İnterfaks”ın məlumatına görə, İsrail ordusu raket atəşləri fonunda müharibəyə hazır vəziyyətə gətirildiyini bəyan edib: “İsrail ordusu Qəzzadan genişmiqyaslı raket atəşinə tutulub. Terrorçular müxtəlif giriş məntəqələrindən ölkə ərazisinə daxil olub”.

İsrailin müdafiə naziri Yoav Qalant yaranmış vəziyyətlə əlaqədar olaraq ehtiyatda olan hərbçilərin kütləvi olaraq ordu sıralarına çağırıldığını elan edib. 

İsrail ordusu Qəzza zolağını atəşə tutmağa başladığını açıqlayıb.




Bizimlə əlaqə saxlayın