Tramp deyib ki, İsraili yalnız o qoruya bilər

14, 10, 23
14:00

Tramp deyib ki, İsraili yalnız o qoruya bilər

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, o, İsraili təcavüzdən qorumağa qadir olan dövlət başçısı postuna yeganə namizəddir.
 
"Azərbaycan Reallığı" xəbər verir ki,bu barədə The Hill məlumat yayıb.
 
“Mən İsrailin təhlükəsizliyini təmin etdim, bunu unutmayın. Mən İsraili təhlükəsiz saxladım... Bunu başqa heç kim etməyəcək, başqa heç kim edə bilməz və mən bütün oyunçuları tanıyıram”, - deyə Tramp bildirib.
Bundan əvvəl jurnalistlərə açıqlama verən Tramp Benyamin Netanyahunun İsrailin baş naziri vəzifəsindən istefası lehinə danışıb.
O da məlumdur ki, Tramp mətbuata danışarkən Netanyahunu, xüsusən də HƏMAS-ın İsrailə hücumu hazırlığını müəyyən edib üzə çıxara bilməyən İsrail kəşfiyyatı Mossadın uğursuzluğuna görə çox sərt şəkildə danlayıb. Bundan əlavə, Tramp Fələstinə hər cür yardımın dayandırılmasının tərəfdarı olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın