İsrail HƏMAS-ın komandanlıq mərkəzlərini MƏHV ETDİ

15, 10, 23
10:00

İsrail HƏMAS-ın komandanlıq mərkəzlərini MƏHV ETDİ

İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, müvafiq paylaşım ordunun teleqram kanalında yerləşdirilib.
 
“İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var”, - məlumatda bildirilir.
 
Söhbət həm də yeraltı tunellərdən çıxarkən aşkarlanan bir neçə HƏMAS döyüşçüsünün məhv edilməsindən gedir. Tunelin özü də vurulub.

Bizimlə əlaqə saxlayın