Beynəlxalq Cinayət Məhkəməsi kiberhücumun qurbanı olub

21, 10, 23
09:00

Beynəlxalq Cinayət Məhkəməsi kiberhücumun qurbanı olub

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında casusluq məqsədilə edilmiş kiberhücumunun qurbanı olub.

“Azərbaycan Reallığı” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir.

BCM təxminən beş həftə əvvəl ciddi kibertəhlükəsizlik insidenti olduğunu müəyyən edib. Məhkəmədən qeyd ediblər ki, mövcud sübutlar casusluq məqsədilə məqsədyönlü və mürəkkəb hücuma işarə edir. Əlavə edilib ki, bu əməl məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər.

Hadisəni törədəni müəyyən etmək hələlik mümkün olmayıb.

“Mövcud olan məlumatlara əsasən, məhkəmə hazırda hücuma görə kimin məsuliyyət daşıdığını müəyyən edə bilmir. Niderlandın hüquq-mühafizə orqanları hazırda cinayət işi üzrə araşdırma aparır”, - press-relizdə deyilir.

Məhkəmə hansısa məlumatın oğurlanıb-oğurlanmadığını açıqlamayıb, lakin bununla bağlı fakt aşkarlanarsa, zərərçəkmişlərlə birbaşa əlaqə saxlanılacağını vurğulayıb.

Bizimlə əlaqə saxlayın