İsrail-HƏMAS toqquşmasında 22 jurnalist öldürülüb

21, 10, 23
09:30

İsrail-HƏMAS toqquşmasında 22 jurnalist öldürülüb

İsrail və HƏMAS silahlı qruplaşması arasında toqquşmanın başlamasından bu yana 20-dən çox jurnalist ölüb.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4 mindən çox ölənlərin siyahısında ən azı 22 jurnalist var”, - məlumatda bildirilir.
 
Öldürülən 22 jurnalistdən 18-nin fələstinli, 3-nün israilli və birinin livanlı olduğunu bildirilir. Bunlardan başqa itkin düşən və yaralanan jurnalistlərin də olduğu qeyd olunur.

Bizimlə əlaqə saxlayın