Övladları ana dilini bilməyən məmurlar işdən çıxarılacaq

09, 11, 23
10:30

Övladları ana dilini bilməyən məmurlar işdən çıxarılacaq

Övladları çeçen dilini bilməyən məmurlar işdən çıxarılacaq.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Onun sözlərinə görə, bu cür tədbirlər respublika hakimiyyətinin çeçen dilini populyarlaşdırmaq planları ilə bağlıdır.
 
“Belə olur ki, mənim komandamın nümayəndələrinin uşaqları çeçen dilini bilmirlər. Belə məmurları komandadan uzaqlaşdırmağa başlayacağam. Valideynlər ilk növbədə uşaqlara ana dilini öyrətməlidirlər”, - deyə Kadırov vurğulayıb.

Bizimlə əlaqə saxlayın