Təyyarə qəzasına görə Qazaxıstanda komissiya yaradıldı

25, 12, 24
12:00

Təyyarə qəzasına görə Qazaxıstanda komissiya yaradıldı


Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə dövlət komissiyası yaradılıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə “tengrinews.kz” məlumat yayıb.

Sözügedən komissiyaya baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. Məlumata görə, o, artıq Aktauya yola düşür.

Qasım-Jomart Tokayev həmçinin Astanadan Aktauya həkimlərin və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.


Bizimlə əlaqə saxlayın