2050-ci ildə 10 milyon insan ölə bilər

05, 12, 23
10:30

2050-ci ildə 10 milyon insan ölə bilər

Bakteriofaq preparatları antibiotikləri əvəz edə bilər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə “Bakteriaların inkişafı” layihəsinin rəhbəri Aleksandr Jarnikov “Komsomolskaya Pravda” radiosu ilə söhbətində bunun qarşısını almaq yollarını açıqlayıb. O, bildirib ki, hər il dünyada 700 min insan antibiotiklərə davamlı infeksiyalardan ölür və heç bir tədbir görülməsə, 2050-ci ilə qədər bu rəqəm 10 milyona çatacaq.

O, bakteriyaların təxminən üç milyard yaşında olduğunu izah edib. XX əsrin 60-cı illərində metisilin antibiotiki ortaya çıxdı və 30 ildən sonra alimlər bu dərmana 100% müqavimət göstərən bir bakteriya aşkar etdilər. 30 və üç milyard illik dövrləri müqayisə etdikdə, antibiotik müqavimətinin inkişaf sürəti aydın olur.


Onun sözlərinə görə, bakteriofaq preparatları - bakteriyaları yeyən viruslar hazırda antibiotiklərin mümkün alternativlərindən biridir. Mütəxəssis vurğulayıb ki, bakteriofaqlar intibah dövrünü yaşayır və onlara maraq davamlı olaraq artır. Bunun üçün dünyada bu sahədə patent alanlara baxmaq kifayətdir, onları sayı hər il durmadan artır.


"2019-cu ildə 3 minə yaxın yeni patent alınıb və bakteriofaqlarla bağlı araşdırmalar aparılıb. Bir il sonra onların sayı 30 minə çatıb. Həkimlər antibiotiklərə alternativ görmədikləri üçün bakteriofaqlara müraciət edirlər. Təəssüf ki, xəstənin həyati təhlüksi olanda bunu edirlər", - Jarnikov qeyd edib.


Bizimlə əlaqə saxlayın