2026-cı ildə pilotsuz qatar işə salınacaq

20, 01, 24
12:30

2026-cı ildə pilotsuz qatar işə salınacaq

“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti 2026-cı ildə tamamilə pilotsuz qatar dövriyyəyə buraxacaq, 2024-cü ilin yayında isə Moskva Mərkəzi Halqasında qismən pilotsuz qatar işə salınacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə holdinqin başçısı Oleq Belozyorov Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Rusiya” sərgi-forumu çərçivəsində keçirilən “Gələcəyin nəqliyyat sistemi sərnişinin mənafeyi naminə” mövzusuna həsr olunmuş plenar diskussiyada bildirib.
 
“Biz Moskvada, Mərkəzi Halqada bu ilin yayında 3A səviyyəsində pilotsuz idarəetmə qatarını işə salacağıq. Növbəti mərhələdə tamamilə pilotsuz qatarı 2026-cı ildə dövriyyəyə buraxmağı planlaşdırırıq”, - o deyib.

Bizimlə əlaqə saxlayın