Sabiq deputat avtomobil qəzasında həyatını itirdi

06, 02, 24
17:30

Sabiq deputat avtomobil qəzasında həyatını itirdi

Ermənistan parlamentinin keçmiş deputatı, 55 yaşlı Hrant Ayvazyan avtomobil qəzasında ölüb.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

O, Edmon Marukyanın sədrlik etdiyi "Parlaq Ermənistan" Partiyasının üzvü olub.
 
Qəza bu gün saat 12:00 radələrində İrəvan-Vanadzor avtomobil yolunda baş verib.
 
Zərərçəkənlər arasında hamilə qadın da olub, o, təcili xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın