Alimlər xəbərdarlıq etdi: “Ərzaq və su qıtlığı ola bilər”

12, 02, 24
10:00

Alimlər xəbərdarlıq etdi: “Ərzaq və su qıtlığı ola bilər”

Araşdırmaya görə, Atlantik okeanında istiliyi hərəkətə gətirən dövriyyə sistemi çökməyə yaxınlaşır.

"Azərbaycan Reallığı" CNN Türk-ə istinadən xəbər verir ki, Hollandiyalı ekspertlər qlobal iqlimi tənzimləməyə kömək edən mövcud sistemin dağılmasının çox tez baş verəcəyini bildiriblər.

Akademiklər vəziyyəti belə izah ediblər: “Meridional çevrilmə dövriyyəsi və ya AMOC adlanan cərəyanın dağılması Yerdəki hava şəraitini dəyişir. Çünki bu, planetin iqlim güclərindən birinin bağlanması deməkdir. Bu, illər ərzində Avropanın şimal-qərbində temperaturun 9-27 dərəcə azalmasına, Arktika buzunun cənuba doğru genişlənməsinə, cənub yarımkürəsində temperaturun artmasına və yağıntıların normasının dəyişməsinə səbəb olacaq. Beləliklə, dünyada ərzaq və su qıtlığı ola bilər”.

Bizimlə əlaqə saxlayın