İsraildən həyəcan siqnalı: diplomatları gizlədildi

08, 04, 24
15:00

İsraildən həyəcan siqnalı: diplomatları gizlədildi

İranın qisas almaq ehtimalına görə İsrail diplomatlarının mühafizəsi gücləndirilib.

"Azərbaycan Reallığı"  xəbər verir ki, bu barədə "Əl-Əhd" nəşri yazır. 

Nəşrin yazdığına görə, ölkənin Xarici İşlər Nazirliyinin təhlükəsizlik departamenti İsrailin dünya üzrə 28 nümayəndəliyinin bağlandığını qeyd edib. Bunun səbəbini təhlükəsizlik tədbirləri və İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra   qisas addımından qorunmaq kimi izah ediblər.

"Əl-Əhd" İsrail mediasına istinadən xəbər verir ki, Qəzzada müharibə başlayandan bəri ilk dəfə ölkə səfirliklərində yüksək həyəcan siqnalı elan edilib və Misir, İordaniya, Bəhreyn, Mərakeş, Türkmənistan, Ankara və İstanbuldakı missiyaları boşaldılıb. 

Bizimlə əlaqə saxlayın