yuxarı
İrandan ŞOK AÇIQLAMA: Əliyevin təklifini qəbul etməyə hazırıq
21, 02, 23
16:00
İrandan ŞOK AÇIQLAMA: Əliyevin təklifini qəbul etməyə hazırıq
İran Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya xarici işlər nazirləri ilə Tehranda “3+3” formatında görüş keçirməyə hazırdır.
"Azərbaycan Reallığı" xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşü zamanı deyib.
Görüşdə həmçinin ikitərəfli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.
Qeyd edək ki, İran region ölkələri içərisində “3+3” formatını ən son dəstəkləyən, bəzi məqamlarda isə qarşı çıxan ölkə olub.
Xatırladaq ki, “3+3” formatının müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək