SON DƏQİQƏ! Ramzan Kadırov Çeçenləri “Vaqner”ə qarşı döyüşə yollandı

24, 06, 23
14:00

SON DƏQİQƏ! Ramzan Kadırov Çeçenləri “Vaqner”ə qarşı döyüşə yollandı


Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyada baş verən son hadisələri şərh edib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, o, "Vaqner"in hərəkətlərini hərbi üsyan və xəyanət adlandırıb. 

Onun sözlərinə görə, bu cür hərəkətlərə haqq qazandırmaq olmaz. Kadırov Putini tam dəstəklədiyini bildirib və hər kəsi onun ətrafında birləşməyə çağırıb. 

Kadırov Rostovdakı vəziyyətlə bağlı bildirib ki, Müdafiə Nazirliyi və Rusiya Qvardiyasının Çeçenistan Respublikasındakı döyüşçüləri artıq bölgəyə yola düşüblər. 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın