Priqojin Putinin tələbini RƏDD ETDİ: Silahı yerə qoymayacağıq!

24, 06, 23
15:00

Priqojin Putinin tələbini RƏDD ETDİ: Silahı yerə qoymayacağıq!


"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin açıqlamasına münasibət bildirib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, o, Putinin yanıldığını vurğulayıb. 

"Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməklə yanılır", - o deyib. 

Priqojin silahı yerə qoymayacağını qeyd edib. "Biz Putinin və FTX-nin (Federal Təhlükəsizlik Xidməti - red.) tələbi ilə silahımızı yerə qoymaq fikrində deyilik. Biz korrupsiyanın hökm sürdüyü ölkədə yaşamaq istəmirik". 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın