SON DƏQİQƏ! İrəvan küçələrində “Qarabağ Azərbaycandır!” - FOTOLAR

16, 09, 23
19:00

SON DƏQİQƏ! İrəvan küçələrində “Qarabağ Azərbaycandır!” - FOTOLAR


İrəvan küçələrində Ermənistanın hakim partiyasının emblemi, baş nazir Nikol Paşinyanın portreti və erməni dilində “Qarabağ Azərbaycandır və nöqtə” yazıları olan posterlər yayılıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, müvafiq görüntülər teleqram kanallarında yayımlanıb. 

Bildirilir ki, İrəvan küçələrinə yüzlərlə belə posterlər yerləşdirilib. Aksiya hakim partiya tərəfdarlarının paytaxt meri vəzifəsinə namizədinə dəstək məqsədilə dünənki yürüşündən sonra (seçkilər sabah keçiriləcək) baş tutub. Posterlərin kimlər tərəfindən yayıldığı məlum deyil.

Bildirilir ki, posterlərin dizaynı, o cümlədən rəngi və şriftləri hakim partiyanın təbliğat materiallarının üslubu ilə eynidir.



AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın