ŞOK! Məmurun meyiti oteldə tapıldı - FOTO

14, 10, 23
14:30

ŞOK! Məmurun meyiti oteldə tapıldı - FOTO

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi İstanbulda qaldığı oteldə ölü tapılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki,İstanbul Polis İdarəsindən verilən açıqlamaya görə, Rusiya rəsmiləri heç bir xəbər ala bilməyən rus zabitin qaldığı otelə gediblər.

Rus bürokrat Nikolay K. ehtiyat açarla daxil edilən otel otağında ölü tapılıb.

Polis xəbərdar edilərək otelə gedib və rus zabitinin cəsədini yarılma üçün Məhkəmə Tibb İnstitutunun meyitxanasına aparıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyində bir qurumun baş direktoru olan bürokratın görüş üçün İstanbulda olduğu öyrənilib.
Hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın