Mərkəzi Bankla Mahmudovun dostu arasında girov qalmaqalı - Nə baş verir?

05, 12, 23
18:30

Mərkəzi Bankla Mahmudovun dostu arasında girov qalmaqalı - Nə baş verir?

Mərkəzi Bank keçmiş deputat Çingiz Əsədullayevi məhkəməyə verib. 

"Azərbaycan Reallığı"
xəbər verir ki, bankın iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Ceyhun Tağıyev iş üzrə hakim təyin edilib. İşin mahiyyəti girov müqaviləsi üzrə mübahisələrdən ibarətdir. Əmanətlərin Sığortlanması Fondu işdə maraqlı şəxsdə qismində iştirak edir. 

Çingiz Əsədullayev Milli Məclisin üçüncü çağırış deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən deputat mandatı qazanıb. 

Keçmiş deputat həmçin "AGBank”ın sahiblərindən biri kimi tanınıb. 2020-ci ildə Mərkəzi Bank adıçəkilən bankın lisenziyasını ləğv edib. "AGBank” hazırda ləğv prosesindədir. Ehtimal etmək olar ki, Çingiz Əsədullayev Mərkəzi Bank tərəfindən məhkəməyə verilməsi "AGBank”la əlaqəli proseslərdən qaynaqlanır. 

Çingiz Əsədullayev həm də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dostu kimi tanınır. Bu faktın keçmiş deputatın özü də müsahibələrində gizlətməyib. 

Çingiz Əsədullayevin deputat seçilməsi və bankirə çevrilməsində Eldar Mahmudovun rolunun olduğu deyilir. 

Eldar Mahmudovun sabiqlərin sırasına qoşulmasından sonra Çingiz Əsədullayevin parlamentdən kənarda saxlanılması və bir müddət sonra "AGBank”ın lisenziyasının ləğv edilməsi bu iddiaların əsassız olmadığı qənaətini yaradır. (Qaynarinfo.az)

Bizimlə əlaqə saxlayın