Onu yuxudan oyandan otaq yoldaşını bıçaqladı - QƏRAR

12, 12, 23
14:00

Onu yuxudan oyandan otaq yoldaşını bıçaqladı - QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Faiq Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 20 iyul 2021-ci il tarixdə, saat 03:30 radələrində paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, Faiq Məmmədov sərxoş vəziyyətdə birlikdə kirayə yaşadığı otaq yoldaşı, zərərçəkmiş Xəlil Həsənovun onu yuxudan oyatmasını bəhanə gətirərək mübahisə edib. Daha sonra təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə otaqda masanın üzərindəki mətbəx bıçağını götürüb, zərərçəkmiş şəxsə bir dəfə zərbə endirərək ona xəsarət yetirib.


Hadisədən sonra Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi Faiq Məmmədovun şikayətini təmin etməyib.



Bizimlə əlaqə saxlayın