İcra Hakimiyyətinin həyətində əlbəyaxa dava - VİDEO

12, 12, 23
18:00

İcra Hakimiyyətinin həyətində əlbəyaxa dava - VİDEO

İcra Hakimiyyətinin həyətində iki nəfərin əlbəyaxa dava etdiyini əks etdirən görüntülər yayılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, video sosial şəbəkələrdə yer alıb.

Dava kənar şəxslərin müdaxiləsi nəticəsində dayandırılıb.


Daha sonra avtomobilə minən şəxs maşını dava etdiyi şəxsin üzərinə sürüb.


Bəzi iddialara əsasən görüntülər köhnə tarixə aiddir.


Hadisənin Sabunçu İcra Hakimiyyətinin həyətində baş verdiyi və məsələnin prokurorluq tərəfindən araşdırıldığı söylənilir.


Münaqişə tərəflərinin qudalar olduğu qeyd edilir.


Bizimlə əlaqə saxlayın