Bakıda iş adamlarının maşınlarını soyan "ayıq sürücü" həbs edildi

13, 02, 24
17:30

Bakıda iş adamlarının maşınlarını soyan "ayıq sürücü" həbs edildi

Bakıda iş adamlarının avtomobillərindən oğurluq edən ayıq sürücü həbs edilib. 

"Azərbaycan Reallığı"nın məlumatına görə, 1989-cu ildə Bakı şəhərində doğulmuş Elnur İbrahimxəlilov (soyad şərti) Nərimanov rayonunda "Toyota Land-Cruiser Prado" markalı, 99-KS- 933 dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidli olmamasında istifadə edərək, 7763 manat pulu oğurlayıb. Oğurluq edilən avtomobil Nərimanov rayonu ərazisində yerləşən kiosklardan birinin sahibinindir. 

Elnur oğurladığı pulu xərcləyib qurtardıqdan sonra yenidən soyğunçuluq etmək qərarına gəlib. Təqsirləndirilən şəxs yenə Nərimanov rayonunda daha bir iş adamına məxsus BMW markalı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək, ondan 1105 dollar və 105 manat oğurlayıb.

Məhkəmənin qərarı ilə Elnur Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2  il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bizimlə əlaqə saxlayın