Elgün tapılanda üstündə bu əşyalar olub - VİDEO

28, 05, 25
14:30

Elgün tapılanda üstündə bu əşyalar olub - VİDEO


“Elgünün üstündə mobil telefonu, çantası olub. Onlar da istintaq orqanındadır. Araşdırma bitənə qədər də orada qalacaq”.

Bunu "Azərbaycan Reallığı"na müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.

Fizza Zeynalova ailələrinin kiminləsə düşmənçiliyinin, probleminin olması ilə bağlı suala da cavab verib:

“Biz özümüz üçün sakit yaşayan bir ailə olmuşuq. Heç kimlə problemimiz, söz-söhbətimiz olmayıb. Mən də işləyib övladlarıma baxmışam”.

Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.


Bizimlə əlaqə saxlayın