SON DƏQİQƏ: Hikmət Mirzəyevin evi qarət olundu

12, 12, 21
20:00

SON DƏQİQƏ: Hikmət Mirzəyevin evi qarət olundu


Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.

"Azərbycan Reallığı" xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.

Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada mühafizəçi və it olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır. (Bakupost.az)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın