SON DƏQİQƏ! Prodüser Təranə Səmədova narkotik itthamı ilə saxlanıldı

11, 02, 23
20:49

SON DƏQİQƏ! Prodüser Təranə Səmədova narkotik itthamı ilə saxlanıldı


"Azərbaycan Reallığı" xəbər verir ki, AzTimes.az-a verilən məlumata görə məşhur prodüser Təranə Səmədova həbs olunub. Qonşularının məlumatına görə onun evində dəfələrlə qalmaqal yaşanıb, bu narahatçılıqla bağlı dəfələrlə şikayət olunub.

İddialara görə  həbs səbəbi narkotiklə bağlıdır. Xatırladaq ki, məşhur prodüser bir neçə il öncə də məhkum həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) ilə ittiham olunaraq Nərimanov rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra prodüser cəzasının bitməsinə bir neçə ay qalmış Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılmışdır.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın